Rusiyada qeydə alınmış yoluxma hallarının sayı 765 mini ötdübackend

Rusiyada qeydə alınmış yoluxma hallarının sayı 765 mini ötdü

Rusiyada son bir gündə daha 6 234 nəfərə COVID-19 diaqnozu qoyulub.

TİA.AZ xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 765 437 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 124 nəfər artaraq 12 247-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 546 863 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 578 nəfər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki