Tribuna İnformasiya Agentliyi

Rusiyada “qanuni oğru”ların cəzası sərtləşdirildi

14 Mart

Martın 14-də Rusiya Dövlət Dumasında mütəşəkkil cinayətkar dəstələrin yaradıcılarının və iştirakçılarının cəzalandırılması barədə qanun qəbul olunub.

İnterfaks”ın məlumatına görə, qəbul olunmuş qanun cinayətkar dəstənin yaradılmasına və rəhbərliyinə görə cinayət məsuliyyətini sərtləşdirir.

Belə ki, gələcəkdə bu maddə üzrə mühakimə olunan şəxslər Rusiya Qanunvericiliyində nəzərdə tutulan ən ağır cəza – ömrülük həbs cəzası belə ala biləcək.

Qanun layihəsi Dövlət Dumasına Rusiya prezidenti tərəfindən irəli sürülüb.

Qəbul olunmuş qanunla “kriminal iyerarxiya”da yüksək mövqenin tutulmasına görə cinayət məsuliyyəti təsbit olunub.