Rusiyada qalmaqallı məhkəmə prosesi başladı – “Safronov işi”backend

Rusiyada qalmaqallı məhkəmə prosesi başladı – “Safronov işi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Kommersant” və “Vedomosti” qəzetlərinin keçmiş əməkdaşı, 2020-ci ilin mayından iyuluna qədər “Roskosmos”un rəhbəri Dmitri Roqozinin məsləhətçisi olmuş İvan Safranovun məhkəməsi başlayıb.
Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsində baş tutan proses qapalı keçirilir.
Artıq mediada Safronovun ilk iclasda söyləyəcəyi nitq yayılıb. Vətənə xəyanətdə ittiham olunan jurnalist özünü təqsirli saymır. O hesab edir ki, həbsi jurnalistika fəaliyyəti ilə əlaqədardır.
“Mən ümumiyyətlə ittihamı başa düşmürəm. Yaydığım materialların dövlət sirri olduğu deyilir. Amma bunun harada qeyd olunması barədə məlum verilmir. Deyilir ki, bu barədə məxfi əmr var. Bunu hardan bilə bilərəm? Mənim kimi başqaları da bundan xəbərsizdir. Həmin əmri göstərin, məni quru sözə inanmaq məcburiyyətində deyiləm. Baş düşmədiyim ittihamdan müdafiə oluna bilmirəm”, deyə Safronov mediada yayılmış nitqində bildirilir.
İvan Safranov 7 iyul 2020-ci il tarixdə həbs olunub. Federal Təhlükəsizlik Xidmətinin versiyasına görə, jurnalist 2017-ci ildə “Kommersant” qəzetində çalışarkən məxfi məlumatları Çexiyanın xüsusi xidmət orqanlarına ötürüb. 2015-ci ildə Rusiya və Almaniya vətəndaşı olan politoloq Demuri Voroninə Rusiyanin Suriyadakı hərbi kontigenti barədə məlumatlar verib.
Müdafiə tərəfi isə hesab edir ki, Safranov peşə fəaliyyətinə görə həbs olunub. İstintaq bu iddia ilə razılaşmasa da, bir müddət əvvəl jurnalistə mənbələri açıqlamaq şərtilə məhkəməyə qədər azadlıq vəd edilmişdi.