Rusiyada Putinin reytinqi iki dəfə düşdübackend
Hazırda rusların 35%-i Rusiya Prezidenti Vladimir Putinə etibar edir. 
TİA.AZ xəbər verir ki, bu, “Levada-sentr”in yanvarda keçirdiyi sorğunun nəticəsində məlum olub.
2017-ci ilin noyabr ayında, pensiya islahatı qəbul edilməzdən əvvəl, prezidentin etimad reytinqi 59% olub, yəni bu o deməkdir ki, iki il ərzində 24 faiz geriləmə baş verib.
Bununla belə, 2019-cu ilin sentyabrından ruslar Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu (13% -dən 19% -ə) və Xarici İşlər naziri Sergey Lavrova (14% -dən 17% -ə) daha çox etibar etməyə başlayıb.
Eks-baş nazir Dmitri Medvedev etimad reytinqində 9%-dən 5%-ə qədər enib. Yeni nazir Mixail Mişustinə isə respondentlərin cəmi 3%-i etibar edir.
Maraqlıdır ki, sorğu zamanı respondentlərə cavab variantları təklif edilməyib, lakin onlar özləri etibar etdikləri siyasətçiləri sadalamaq imkanına sahib olublar.