Tribuna İnformasiya Agentliyi

Rusiyada Putinin populyarlığı sürətlə düşür-“Financial Times”

08 Avqust

Vladimir Putinin sonuncu dəfə prezident vəzifəsinə seçilməsindən 5 aydan çox keçib. Həmin vaxt V.Putin Rusiya üçün rekord sayda səs toplayaraq hakimiyyətini daha da möhkəmləndirib.

“Lakin rusiyalıların Putinin siyasətinə qarşı münasibəti bu dövrdə dəyişib. Son sosial sorğular onu göstərir ki, Rusiya vətəndaşları televiziya, internet və qəzetlərdə Qərbə nifrət aşılanmasından artıq bezib və ölkə rəhbərliyinin götürdüyü kursu bəyənmir”, – “Financial Times” qəzetindən Ketrin Hille yazır.

Müəllif Rusiya elektoratının önəmli hissəsinin etiraz aksiyalarına hazır olduğunu iddia edib. Onun fikrincə, əgər bu əhval-ruhiyyə davam etsə Putin üçün narahetedici proseslər başlaya bilər.

Ketrin Hille əhalinin Kreml tərəfindən vətəndaşlar arasında “vətənpərvərliyin iqtisadi maraqlardan üstün olması” fikrini yaymasından, ölkəyə “mühasirəyə alınmış qala” görüntüsü verməsindən, onun kursunu mübahisələndirənlərin qaralanmasından təngə gəldyini yazıb.

Картинки по запросу россия протестные акции

Bundan başqa, yazıda “Levada sentr” tərəfindən 2013-cü ilin dekabrından bu yana ilk dəfə aparılan sorğunun nəticələri açıqlanıb. Məlum olub ki, həmin vaxtdan bəri rusiyalıların ABŞ-a olan münasibəti müsbətə doğru dəyişməyə başlayıb. İlk dəfə ölkənin doğru istiqamətdə hərəkət etdiyini düşünənlər 50%-in altına düşüb. İyul ayında rəyi soruşulanların 41%-i iqtisadi səbəblərdən dolayı etiraz aksiyalarını doğru saydığını, 28%-i ümumiyyətlə həmin aksiyalarda iştirak edə biləcəyini ifadə edib. (Bu ilin martında doğru sayanlar sadəcə 17%, iştirak etmək istəyənlər isə cəmi 8% təşkil edirdi).
Son 3 ayda siyasi etirazlara çıxmaq istəyənlərin sayı 4 dəfə artaraq 23%-ə çatıb.

“Levada sentr” Putinin populyarlığının sürətlə düşdüyünü xəbər edib. Artıq əhalinin 32%-i onun siyasətini dəstəkləmədiklərini açıqlayıb. “Əgər bu tendensiya davam etsə rusiyalılar “Putin 4.0” yerinə, ümumiyyətlə, onu devirmək haqqında düşünəcəklər”, – müəllif belə nəticəyə gəlib.