Rusiyada populyar şahmat resursu bloklandıbackend

Rusiyada populyar şahmat resursu bloklandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roskomnadzor Baş Prokurorluğun qərarı ilə onlayn şahmat resursu “chess.com”a girişi məhdudlaşdırıb.

Portalda aktual xəbərlər və forum da yer alır. Burada Ukraynadakı vəziyyətlə bağlı məqalələr yerləşdirilib.

Məqalələrdən birində deyilir ki, “Chess.com” administrasiyası Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsini pisləyir. Bununla əlaqədar olaraq sayt beynəlxalq sanksiyalara məruz qalan Rusiya və Belarus şahmatçılarının, o cümlədən bir çox rus oliqarxlarının hesablarını bloklayıb, onlardan abunə haqqını qəbul etməyi dayandırıb və qrossmeyster Sergey Karyakinin turnirlərdə iştirakını qadağan edib.

Resursun bloklanması da məhz bu yazılar səbəb olub.

Mənbə: rbc.ru