Rusiyada polisin öldürdüyü azərbaycanlı ilə bağlı müvafiq qurumlara MÜRACİƏTbackend

Rusiyada polisin öldürdüyü azərbaycanlı ilə bağlı müvafiq qurumlara MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Rusiyadakı səfirliyi Novosibirskdə 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin qətlə yetirilməsi ilə bağlı müvafiq qurumlara müraciət edib.

TİA.AZ xəbər verir ki, diplomatik nümayəndəlikdən  daxil olan məlumatda deyilir:
“Faciə ilə əlaqədar V.Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! Faciənin obyektiv və hərtərəfli araşdırılması üçün səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət olunub”.
Qeyd edək ki, Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi silahla qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusev barəsində 2 aylıq həbs qərarı verib.