Rusiyada pandemiya qurbanlarının sayı 5 mini ötdübackend

Rusiyada pandemiya qurbanlarının sayı 5 mini ötdü

Rusiyada son bir gündə daha 8 863 nəfərə koronavirus diaqnozu qoyulub.

TİA.AZ xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 423 741 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 182 nəfər artaraq 5 037-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 186 985 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 286 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,3 milyonu ötüb. Bunların 2,9 milyon nəfərdən çoxu sağalıb, 377 mindən çoxu isə ölüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki