Tribuna İnformasiya Agentliyi

Rusiyada növbəti dəhşətli PARTLAYIŞ

06 Aprel

Rusiyanın Rostov-Don şəhərinin mərkəzində partlayış baş verib. 

Rusiyanın Rostov-Don şəhərinin mərkəzində partlayış baş verib.

TİA.AZ TASS agentliyinə istinadən xəbər verir ki, məlumat Rusiya Milli Qvardiyasının Şimali Qafqaz dairəsinin mətbuat xidmətindən bildirilib.

Hadisəyə səbəb bir kişinin yerdən götürdüyü və fənərin altında gizlədilən partlayıcı qurğu olub. Fənərin qoşulması nəticəsində partlayış baş verib.

Partlayış nəticəsində kişinin barmağı qopub və qarın boşluğundan yaralanıb. Hadisə baş verən ərazidə yerləşən məktəb bağlanıb, şagirdlər binaya buraxılmır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.