Tribuna İnformasiya Agentliyi

Rusiyada nazir həbs olundu

15 Noyabr

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb. Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.

TİA.AZ-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, nazir “Başneft”in dövlət səhmlərinin “Rosneft”ə satılması ilə bağlı sövdələmənin müsbət qiymətləndirilməsi üçün 2 milyon dollar məbləğində rüşvət aldıb.

Nazirin hazırda həbsdə olduğu və ona qarşı istintaq-əməliyyat tədbiri həyata keçirildiyi bildirilir.