Rusiyada müharibəyə etiraz edən 3500 nəfərdən çox şəxs saxlanıldıbackend

Rusiyada müharibəyə etiraz edən 3500 nəfərdən çox şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskva, Sankt-Peterburq və Rusiyanın digər regionlarında icazəsiz aksiyalarda 5200-ə yaxın şəxs iştirak edib və 3500-dən çox insan saxlanılıb.
Bu barədə bazar günü Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.
“Moskva şəhərindəki razılaşdırılmamış aksiyada təxminən 2500 nəfər iştirak edib, 1700 nəfər saxlanılıb. Sankt-Peterburq şəhərində iştirakçıların sayı təqribən 1500 nəfər olub, onlardan 750 nəfəri saxlanılıb. Digər bölgələrdə isə icazəsiz aksiyalarda ümumilikdə 1200 nəfər iştirak edib, 1061 nəfər saxlanılıb”, – deyə o, bildirib.