Tribuna İnformasiya Agentliyi

Rusiyada “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğrayıb

05 Oktyabr

Rusiyanın Moskva vilayətinin Kolomenski rayonunda “MiQ-29” qırıcı təyyarəsi qəzaya uğrayıb, pilotlar katapult ediblər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə aviadispetçer xidmətindəki mənbə məlumat verib.

Məlumata görə, uçuş zamanı yaranan texniki nasazlığa görə təyyarəni idarə etmək mümkün olmayıb və pilotlar katapultla qəzadan sağ qurtulublar.

Təyyarə Moskva vilayətindəki Jukovski aerodromundan havaya qalxıb. Hələlik başqa məlumat yoxdur.