Rusiyada meşə yanğınları 78 min hektarı ÖTÜBbackend

Rusiyada meşə yanğınları 78 min hektarı ÖTÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada meşə yanğınlarının ümumi sahəsi 78,4 min hektara çatıb.

TİA.AZ xəbər verir ki, bu barədə meşə yanğınlarının söndürülməsi ilə məşğul olan “Avialesoxrana” müəssisəsi məlumat yayıb.

Bildirilib ki, ötən gün ərzində yanğın sahəsi 1,5 dəfə – 49,8 min hektar artıb. Yanğınların söndürülməsində 4 mindən çox insan iştirak edir.

Yakutiya meşə yanğınlarının ən çox qeydə alındığı regiondur. Burada 47,9 min hektar sahə alova bürünüb. Maqadan vilayəti, Xantı-Mansiysk Muxtar Dairəsi, Çukotkada və Xabarorvsk diyarında da vəziyyət ürəkaçan deyil.Ümumilikdə Rusiyanın 83 regionunda yanğın təhlükəsi qalmaqdadır, 7 regionda fövqəladə vəziyyət elan olunub.