Rusiyada məktəbli qız Putini “şeytan”adlandırdı və Ukraynaya “azadlıq” dedi… – VİDEObackend

Rusiyada məktəbli qız Putini “şeytan”adlandırdı və Ukraynaya “azadlıq” dedi… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Federasiyasının Dağıstan Respublikasında məktəblərin birində sonuncu zəng zamanı məzun Ukraynaya azadlıq tələb edib və Rusiya prezidenti Vladimir Putini “şeytan” adlandırıb. TİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu barədə regional teleqram-kanallar məlumat yayıb.

Məlumata görə, az sonra Zuhra adlı şagird və anası “belə bir davranışa görə” üzr istəməyə məcbur olublar.

Artıq qıza qarşı RF Silahlı Qüvvələrini “diskreditə etdiyinə” görə protokol tərtib edilib.

Yetkinlik yaşına çatmayanların tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirmədiyinə görə onun valideynləri barəsində də protokol tərtib edilib.

Videolarda qız “sadəcə özünə diqqət çəkmək istədiyini” deyir və peşman olduğunu bildirir. Zuhranın anası kamera qarşısına keçərək hakimiyyətin və Vladimir Putinin hərəkətlərini, Ukraynadakı “xüsusi əməliyyatı” dəstəklədiyini, həmçinin özünün “vətənpərvər” olduğunu deyir. Hər ikisi qorxmuş durumda görünür və əzbərlədilmiş ifadələrlə danışdıqları bəlli olur…