Rusiyada məhkəmə salonundan qaçan avtoritet İspaniyada saxlanıldıbackend

Rusiyada məhkəmə salonundan qaçan avtoritet İspaniyada saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir il əvvəl Rusiyada “cinayət iyerarxiyasında yüksək mövqe tutmaq” maddəsi ilə günahlandırılan, lakin məhkəmə binasından qaçan kriminal avtoritet Barselona hava limanında saxlanılıb.
Qaynarinfo xəbər verir ki, Levan Suxumski olaraq da bilinən Levan Abuladze dekabr ayında barəsində ölçü götürülməsi üçün Vladimir Oktyabr Rayon Məhkəməsinin binasına aparılıb, ancaq tualetə getmə istəyib və oradan yoxa çıxıb. Onun ittiham olunduğu maddə 8 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutur.
Həbsi həyata keçirən İspaniya Milli Polisi kriminal avtoritetin saxta Ukrayna pasportu ilə ölkəyə girməyə çalışdığını və guya “öz təşkilatını anonim şəkildə idarə etməyə davam edəcəyini” bildirib.