Rusiyada maskaya görə 53 yaşlı kişi öldürülüb-VİDEObackend

Rusiyada maskaya görə 53 yaşlı kişi öldürülüb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusunda maska taxmamağa görə düşən dava nəticəsində 53 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

TİA.AZ xəbər verir ki, məlumatı “Sözcü” yayıb.

Bildirilib ki, avtobusa maskasız minən cütlüyə 53 yaşlı maska taxmamalarını irad tutub. Maska taxmayan cütlük xəbərdarlıq edəni yumruqlayıblar. Bundan sonra onu bıçaqlayıb, avtobusdan aşağı atıblar.

Adı açıqlanmayan kişi bıçaq zərbələrindən aldığı yaralardan xəstəxanada ölüb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.