Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblarbackend

Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada koronavirusu yeni üsulla müalicə etməyə başlayıblar.

Bu barədə Moskvanın sosial inkişaf məsələləri üzrə vitse-meri Anastasiya Rakova bildirib.

Onun sözlərinə görə, Sklifosovskiy adına təcili yardım İnstitutu və 52 saylı Moskva şəhər xəstəxanasında ilk dəfə COVİD-19-a yoluxmuş xəstələrə koronavirus infeksiyasından sağalmış insanların qan plazması köçürülüb.

“Biz daim digər ölkələrdəki həmkarlarımızın çalışmalarını izləyirik. Analoji tədqiqatlar Çin, Almaniya və ABŞ-da uğurla həyata keçirilir. Ümid edirik ki, yeni metod koronavirus pandemiyası ilə effektli mübarizə aparmağa bizə kömək edəcək”, – deyə Moskvanın vitse-meri vurğulayıb.

Qeyd edək ki, Rusiyada indiyə kimi virusa yoluxanların sayı 10 131 nəfər, sağalanların sayı isə 698 nəfər olub.