Rusiyada koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşırbackend

Rusiyada koronavirusdan ölənlərin sayı 100 minə yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada son bir gündə daha 8 792 nəfərə COVID-19 diaqnozu qoyulub.

TİA.AZ xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 563 056 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 400 nəfər artaraq 99 633-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 186 251 pasiyent sağalıb.