Rusiyada koronavirusa yoluxanların sayı 690 minə yaxınlaşırbackend

Rusiyada koronavirusa yoluxanların sayı 690 minə yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada son sutka ərzində 6 611 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Tia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 687 862 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 135 nəfər koronavirusdan ölüb və COVID-19 qurbanlarının ümumi sayı 10 296 nəfərə yüksəlib.

Ümumilikdə isə 454 329 pasiyent koronavirusdan sağalıb.