Rusiyada koronavirusa yoluxanların sayı 440 000-i ötübbackend

Rusiyada koronavirusa yoluxanların sayı 440 000-i ötüb

Rusiyada son bir gündə daha 8 831 nəfərə COVID-19 diaqnozu qoyulub.

TİA.AZ  xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 441 108 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 169 nəfər artaraq 5 384-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 204 623 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 998 nəfər. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,5 milyonu ötüb. Bunların 3,1 milyon nəfərdən çoxu sağalıb, 388 mindən çoxu isə ölüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki