Rusiyada koronavirusa yoluxanların sayı 3 milyona, ölənlərin sayı 54 minə çatırbackend

Rusiyada koronavirusa yoluxanların sayı 3 milyona, ölənlərin sayı 54 minə çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada koronavirusa yoluxanların sayı 2,99 milyon nəfəri keçib.
Ölkədə son sutka ərzində 29 018 nəfər virusa yoluxub, 563 nəfər isə həyatını itirib. Bu indiyə qədər gündəlik yoluxma və ölüm sayında qeydə alınmış ən yüksək göstəricidir.
Bu günə qədər Rusiyada 2 992 706 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 53 659 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 2 398 254 nəfər virusdan sağalıb, 540 793 nəfərin müalicəsi isə davam edir.