Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandıbackend

Rusiyada koronavirusa qarşı dərman istehsalına başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin ərsəyə gətirdiyi koronavirusa qarşı peyvənd dərmanının istehsalına başlanır. TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.Xatırladaq ki, iyun və iyul aylarında sınaqları keçirilən “Sputnik V” adlı peyvənd dərmanı avqustun 11-də rəsmi qeydiyyatdan keçirilməklə dünyada qeydiyyatdan keçən ilk belə dərman oldu. Rusiya Birbaşa Sərmayələr Fondunun rəhbəri Kiril Dmitriyev indiyədək 20 ölkədən həmin dərmandan cəmi 1 milyard doz sifarişi aldıqlarını bildirib.