Rusiyada işsizlərin sayı 2,7 milyon nəfərə çatıbbackend

Rusiyada işsizlərin sayı 2,7 milyon nəfərə çatıb

“Rusiyada 2,7 milyon işsiz qeydiyyata alınıb”.

Bunu ölkənin Əmək və Məşğulluq üzrə federal xidmətinin rəhbərinin müavini Denis Vasilyev “İdarəetmə keyfiyyətləri – Gələcəyin Modelləşdirilməsi” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə işsizlərin sayı 2 milyon artıb.

Rusiya Əmək və Sosial Müdafiə naziri Anton Kotyakov isə bildirib ki, qeydiyyata alınan işsizlərin təqribən 25%-i koronavirus pandemiyası zamanı işini itirənlərdir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki