Tribuna İnformasiya Agentliyi

Rusiyada İŞİD terrorçusu özünü partladıb – VİDEO

17 Aprel

Rusiyanın Rostov vilayətində terror aktı planlaşdıran İŞİD terror qruplaşmasının üzvü saxlanılan zaman özünü partladıb.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, qruplaşmanın üzvləri ölkənin cənubunda silahlı hücum hazırlayıblar.

Xüsusi əməliyyat zamanı qruplaşmanın lideri zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və kustar üsulla hazırlanmış bombanı işə salıb. Partlayış nəticəsində ekstremist ölüb.

Bundan əlavə, əməliyyat zamanı qruplaşmanın üç üzvü həbs edilib. Hadisə yerində AK-74 avtomatı və əl qumbaraları aşkarlanıb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.