“Rusiyada iqtisadi çöküş qaçılmazdır” – “Ukraynaya hücum etməklə çox ciddi səhvə yol verib”backend

“Rusiyada iqtisadi çöküş qaçılmazdır” – “Ukraynaya hücum etməklə çox ciddi səhvə yol verib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada iqtisadi çöküş və siyasi parçalanma qaçılmazdır”. 

TİA.AZ xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov “Bakupost.az”a açıqlamasında bildirib.

“Rusiya Ukraynaya hücum etməklə çox ciddi səhvə yol verib. Ona görə ki, müəyyən məsələləri hesablamayıb. Onlar Ukrayna xalqının əzmkarlığını, Zelenskinin iradəsini o qədər də diqqətə almayıb. Müharibənin 14-ci günü olmasına baxmayaraq, Rusiya öz istəklərinə nail ola bilməyib və təxminən 11 mindən çox itkisi var. İndi Belarusdan başqa bütün dünya ölkələri Ukraynanı müdafiə edir və yardımlar göndərir. Aldığım məlumata görə, hətta 100 minə yaxın legioner Ukraynaya vuruşmağa gəlib. Eyni zamanda, iqtisadi və hərbi silah-sursat baxımından dünya ölkələri Ukraynaya dəstək olur”,-millət vəkili vurğulayıb.

V.Əhmədov hesab edir ki, Rusiya Qərbin sanksiyalarını 10-15 günə hiss edəcək və ciddi iqtisadi çöküntülərə gətirib çıxaracaq.

“Hesab edirəm ki, bu müharibədə Rusiya dövlətinin qalib gəlməsi sual altındadır”,-deputat vurğulayıb.