Rusiyada “Instagram”a analoq olacaq “Rossqram” yaradıldı – FOTObackend

Rusiyada “Instagram”a analoq olacaq “Rossqram” yaradıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada ölkə ərazisində bloklanan “Instagram”ın analoqu – “Rossqram”ın yaradıldığı elan edilib. Yeni sosial şəbəkənin müəllifi sahibkar Aleksandr Zobovdur. O, “VKontakte” və “Telegram”ın yaradıcısı Pavel Durovla eyni kursda oxuduğunu iddia edir.
“Rossqram”ın martın 28-də istifadəyə verilməsi planlaşdırılır.
“Biz həmçinin “Instagram”dan məlumatları köçürmə funksiyası üzərində işləyirik, ona görə də “Parametrlər” – “Məxfilik və təhlükəsizlik” – “Məlumatların yüklənməsi” – “JSON formatında  (HTML yox) fayl sorğusu” bölməsində məlumatlarınızı “Instagram”dan yükləməyə çalışın”,- deyə mesajda ​​deyilir.
Yeni sosial şəbəkədə əlavə monetizasiya alətləri olacaq.
Layihənin təsisçiləri sahibkar Aleksandr Zobov və Kirill Filimonovdur.