Rusiyada hipersəs raketlərini yaradan alim vətənə xəyanətə görə həbs edildibackend

Rusiyada hipersəs raketlərini yaradan alim vətənə xəyanətə görə həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Nəzəri və Tətbiqi Mexanika İnstitutunun direktoru Aleksandr Şiplyuk dövlətə xəyanət ittihamı ilə həbs edilib.
Bakupost.az “Moskva Tayms”a istinadla xəbər verir. Rusiyada hipersəs sahəsində aparıcı mütəxəssislərdən biri olan və 5 saylı “Hipersəs texnologiyaları” laboratoriyasına rəhbərlik edən Şiplyuk institutun baş elmi işçisi Anatoli Maslovdan sonra saxlanılıb.
“İnstitutda əməliyyat tədbirləri olub. Onlar bizim direktor Aleksandr Nikolayeviç Şiplyukla bağlıdırlar. O, həbs edilib. O da Maslov kimi dövlətə xəyanətdə ittiham olunur”, – institutun elmi rəhbəri Vasili Fomin bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri avqustun 4-də səhər saatlarında instituta basqın ediblər və burada axtarış aparılıb. Eyni zamanda Şiplyuk ilk dəfə dindirilib. O, Moskvadakı “Lefortovo” istintaq təcridxanasına köçürülüb.
Qeyd olunur ki, Şiplyuk bazar ertəsi, avqustun 8-də institutun 65 illiyinə həsr olunmuş şənlikləri açmalı idi.
Şiplyuk yüksək sürətli aeroqazdinamika və qaz axınlarının tədqiqi üçün eksperimental üsullar sahəsində mütəxəssisdir. 2007-ci ildən Novosibirsk Dövlət Texniki Universitetinin Aerohidrodinamika kafedrasında “Aerofiziki eksperimenti üsulları”, “Balistika və aerodinamika problemlərində optimallaşdırma üsulları” və “Balistika və hidroaerodinamikanın müasir problemləri” mövzularında mühazirələr oxuyub.
Son illərdə Şiplyuk hipersəs raketləri, xüsusən də onların qoruyucu örtüyü üzərində işləyib.Rusiya prezidenti Vladimir Putin 2018-ci il martın 1-də “Tsirkon” hipersəs raketlərinin hazırlandığını elan edib. 2021-ci ilin dekabrında isə Rysiya lideri dünyada heç kimdə olmayanı silahın uğurla sınaqdan keçdiyini deyib. 2022-ci ildə bu raket Rusiya qoşunlarına təhvil verilməli idi.
Rusiya KİV-in məlumatına görə, axtarışlar və dindirmə iyunun 27-də saxlanılaraq Moskvaya – “Lefortovo” istintaq təcridxanasına köçürülən Nəzəri və Tətbiqi Mexanika İnstitutunun baş elmi işçisi Anatoli Maslovun işi ilə bağlıdır. İş Rusiya FTB-nin mərkəzi aparatı tərəfindən araşdırılır. Maslov hipersəs texnologiyaları ilə bağlı məlumatları Çinə ötürməkdə şübhəli bilinir. Bu məlumat “dövlət sirri” kateqoriyasına aiddir.