Rusiyada həbs olunan baskebolçu üçün ABŞ hərəkətə keçibbackend

Rusiyada həbs olunan baskebolçu üçün ABŞ hərəkətə keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada narkotik saxladığı ittihamı ilə həbs olunan amerikalı basketbolçu Britni Qrinerin məsələsinə ABŞ dövlət səviyyəsində müdaxilə etmək isəyir.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken diplomatların Rusiyada narkotik saxladığı üçün həbs edilən amerikalı qadın basketbolçunun məsələsi üzərində çalışdığını bildirib.
NBA-nın internet saytında verilən açıqlamaya görə, ötən ay paytaxt Moskvanın Şeremetyevo hava limanında aparılan axtarış zamanı Rusiya Federal Gömrük Xidməti tərəfindən Grinerin çantasında çətənə yağı olduğu açıqlanıb. Bildirilib ki, sözügedən cinayət 10 ilədək həbs cəzasına səbəb ola bilər.
2014-cü ildə Phoenix Mercury forması ilə WNBA çempionu olan və 7 dəfə ən yaxşı oyunçu seçilən 31 yaşlı basketbolçu, “UMMC Yekaterinburq” forması ilə 4 FIBA ​​Qadınlar Avropa Liqası və 3 Rusiya liqası çempionluğunu yaşayıb.
Griner ABŞ Milli Komandasında 2 dəfə olimpiya və dünya çempionluğunu da qazanıb.