Rusiyada “Google” internet xidmətinə giriş məhdudlaşdırıldıbackend

Rusiyada “Google” internet xidmətinə giriş məhdudlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada Ukraynada hərbi əməliyyatın gedişi ilə bağlı yalan məlumatlara çıxışı təmin etdiyinə görə “News.Google” internet xidmətinə məhdudiyyət qoyulub.
TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) məlumat yayıb.
“Onlayn xəbər resursu hərbi əməliyyatlarla bağlı etibarsız məlumatları özündə əks etdirən çoxsaylı nəşr və materiallara girişi təmin edib. Bu səbəbdən Rusiya Baş Prokurorluğunun sorğusu əsasında “Roskomnadzor” “News.Google” internet xidmətinə girişi məhdudlaşdırıb”, – məlumatda bildirilir.
“Roskomnadzor” xatırladıb ki, ölkə qanunvericiliyi Rusiya Silahlı Qüvvələri ilə bağlı bilərəkdən yalan məlumatın ictimaiyyətə yayılmasına görə cinayət məsuliyyətini nəzərdə tutur.