Rusiyada gənc azərbaycanlını öldürən polisin azadlığa buraxılması TƏLƏB EDİLİRbackend

Rusiyada gənc azərbaycanlını öldürən polisin azadlığa buraxılması TƏLƏB EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada millətçilər gənc azərbaycanlı Vəkil Abdullayevin qatilinə bəraət qazandırmaq üçün kampaniyalarını davam etdirirlər.

Saxlanılarkən 19 yaşlı azərbaycanlının başına tapançadan atəş açan Novosibirsk yol polisi zabiti Aleksandr Qusevə dəstək üçün İnternetdə petisiya yerləşdirilib.

Xatırladır ki, haqqında söhbət gedən hadisə mayın 28-da Novosibirskdə baş verib. Belə ki, polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün yol polisinin xidməti avtomobilinə tərəf aparılıb. Bu vaxt sərnişinlərdən biri – 19 yaşlı Vəkil Abdullayev polisə etiraz etməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə yıxıb. Bu zaman guya ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb…

Digər sərnişin bütün baş verənləri telefonunun kamerasına çəkib.

Vəkil Abdullayev Moşkov Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İnsidentdən dərhal sonra bir sıra Rusiya saytları qatili müdafiə edərək insidentə millətçi rəng qatmağa çalışdılar. Virtualaz.org-un daha əvvəl yazdığı kimi, “Rusiya Today”in müxbiri, Rusiya İctimai Palatasının üzvü, Dövlət Dumasının “Yedinaya Rossiya”dan deputatlığa namizədi Mariya Butina inspektoru dəstəkləyib. Özü də Butina polisə qarşı təkcə bütün ittihamları götürməyi yox, həm də onu “xidmətə görə mükafatlandırmağı” təklif edib.

İndi isə İnternetdə Aleksandr Qusevin sərbəst buraxılmasını tələb edən xüsusi petisiya yaradılıb. Petisiyada deyilir: “Biz, Novosibirsk vətəndaşları, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsi və 109-cu maddəsinin 1-ci hissəsi üzrə ittiham olunan Novosibirsk Dövlət Yol Polisi Xidmətinin əməkdaşı Aleksandr Qusevin sərbəst buraxılmasını, hərtərəfli araşdırma aparılmasını, xidməti vəzifəsini yerinə yetirərkən yol polisi əməkdaşına mane olduğu və müqavimət göstərdiyi üçün sürücü və sərnişinin məsuliyyətə cəlb olunmasını tələb edirik!”

Qeyd edək ki, xəbər dərc olunan ərəfədə petisiyanın altındakı imzaların sayı 19 mini keçmişdi.