Tribuna İnformasiya Agentliyi

Rusiyada futbol oyunlarına görə əlavə istirahət günləri təyin edildi

09 İyun

Rusiyanın Soçi şəhərinin meri Anatoli Paxomovun sərəncamı ilə şəhər sakinlərinə adi istirahət və bayram günlərindən başqa daha 6 qeyri-iş günü hədiyyə edilib

Virtualaz.org “360” telegram-kanalına istinadən xəbər verir ki, sərəncama görə, iyunun 15-i, 18-i, 23-ü, 26-sı, 30-u və iyulun 7-si şəhər sakinləri işləməyəcəklər.
Buna səbəb isə həmin günlərdə şəhərdə futbol üzrə dünya çempionatının oyunlarının keçirilməsidir.