Tribuna İnformasiya Agentliyi

Rusiyada fövqəladə vəziyyət elan olundu

14 May
Rusiyanın Yakutiya respublikasında fövqəladə vəziyyət elan olunub.

Bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov məlumat verib. Nazirin sözlərinə görə, qərar daşqınlarla əlaqədar qəbul olunub.

Qeyd olunur ki, daşqınlar nəticəsində Yakutiyada 11 yaşayış məntəqəsi ziyan çəkib, daha 6-7 qəsəbə su altında qalmaq təhlükəsi ilə üz-üzədir.
Bildirilib ki, bölgəyə xilasetmə işləri ilə əlaqədar əlavə qüvvələr cəlb olunur./trend