Tribuna İnformasiya Agentliyi

Rusiyada fövqəladə vəziyyət elan edildi – SƏBƏB?

05 İyul

Rusiyanın Kabarda-Balkar respublikasında çayların daşma təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

TİA.AZ-ın məlumatına görə, bölgədə yağan aramsız yağış nəticəsində Baksan çayının hövzədən çıxması təhlükəsi mövcuddur.

 Bildirilir ki, daşan sel suları Elbrus dağlarının ətəklərində isə federal yolların 12 sahəsini, eləcə də 2 körpünü dağıdıb.

Qeyd olunur ki, fövqəladə vəziyyət bütün respublika ərazisində iyulun 5-dən başlayaraq qeyri-müəyyən müddətə elan olunub.