Rusiyada fond bazarı çökdü – Enerji şirkətləri dəyər itirirbackend

Rusiyada fond bazarı çökdü – Enerji şirkətləri dəyər itirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentin Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsindən sonra Moskva birjasının indeksi 7,4% ucuzlaşıb.

TİA.AZ  Rusiya mətbuatına istinadla xəbər verir ki, dollar və avronun rubla nisbətdə məzənnəsi yüksəlir.

Moskva birjasında enerji şirkətlərinin əksəriyyətinin qiymətləri mənfi dinamika nümayiş etdirir. Beləliklə, “Qazprom”un səhmləri ticarətin əvvəlində 13 faiz ucuzlaşıb. Hazırda “Yandex”in 10 faiz, “Surqutnefteqaz”, “NOVATEK” və “Qazprom Neft”in səhmlərinin qiyməti 9 faizdən çox ucuzlaşıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya ordusu Ukraynaya hücuma başlayanda Rusiyada birjalar 33 faiz enmişdi.