RUSİYADA ERMƏNİLƏRLƏ AZƏRBAYCANLILAR ARASINDA “TİCARƏT MÜHARİBƏSİ” BAŞLADIbackend

RUSİYADA ERMƏNİLƏRLƏ AZƏRBAYCANLILAR ARASINDA “TİCARƏT MÜHARİBƏSİ” BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyulun 12-də Azərbaycan-Ermənistan sərhəddində ermənilərin təxribat törətməsinin ardından Rusiyada yaşayan bəzi iş adamları etiraz əlaməti olaraq bəzi addımlar atmaq qərarına gəldilər. Təbii ki, burada söhbət yalnız azərbaycanlı iş adamlarından gedir. TİA.AZ xəbər verir ki, Moskvanın ən böyük meyvə bazarlarından biri olan “Fud Siti”nin sahibləri Qod Nisanov, Zarax İliyev və İlham Rəhimovun birgə qərarı ilə erməni meyvələrinin Ticarət Mərkəzində satışına icazə verilmədi.
Bu barədə İlham Rəhimovun özünün geniş açıqlaması var və eyni zamanda, məsələ ilə bağlı ətraflı yazıldığından üzərində çox dayanmırıq. Hazırda vəziyyət necədir?

Rusiyadan gələn xəbərlərdən anlaşılan odur ki, Azərbaycanlı iş adamlarının atddıqları addımdan sonra erməni diasporu hərəkətə keçib. İlk həmlə Moskva meriyası olub və ənənəvi olaraq “məzlum xalq”ın nümayəndələri mallarının əllərində qaldığını deyib, aman diləyiblər. İyulun 19-da Moskva Şəhər Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk bəyan edib ki, erməni meyvələri ilə bağlı yaranmış problem həll edilib. “Ermənistandan gətirilən meyvələr Moskva və Podmoskvadakı bütün bazar və ticarət mərkəzlərində satılır. O cümlədən “Fud Siti”də də”.

Ermənistanın Rusiyadakı səfirliyindən isə deyiblər ki, hazırda “Fud Siti” ilə aralarında yaranmış problem tam həll olunmayıb. Onlar bildiriblər ki, bazarda ermənilərə həm az, həm əlverişsiz yerlər təklif olunur, həm də çox çeşid meyvə satışına məhdudiyyət qoyulur. Amma Moskva meriyasından deyiblər ki, yerlə bağlı ermənilərin narazılıq etməsi üçün heç bir əsasları yoxdur. Çünki Moskvada faktiki olaraq iri meyvə bazarlarının sayı azdır, üstəlik, onlar üçün ərazi çatışmamazlığı var.
Ermənilər gəldikdə isə yaranmış vəziyyətdən dolayı yeni kampaniya başladıblar. Bu barədə elə “Rusiya Erməniləri İcması”nın rəhbəri David Tonoyan danışıb. “Bütün diaspora üzvlərinə xəbər göndərmişik ki, bundan sonra Azərbaycanlıların işlədikləri, onlara məxsus olan heç bir ticarət mərkəzi, mağaza və kiosklardan heç nə almasınlar. Yalnız ermənilərə məxsus dükanlardan alış-veriş etsinlər. Aartıq Azərbaycan bazar və mağazalarını boykot etmişik. “Fud Siti”də erməni mallarının satışını dayandırmışıq”.

Ermənilərin üz tutduqları ticarət mərkəzləri isə elə özlərinin ən varlı adamlarına məxsusdur. Daha doğrusu, erməni diasporu qərar verib ki, bundan sonra Ermənistandan gətirilən meyvə və digər məhsulları “Taşir” Holdinqin ticarət şəbəkələrində satışa çıxaracaqlar.
JAMAZ.İNFO xəbər verir ki, “Taşir”in rəhbəri Ssamvel Karapetyandır. “Forbes” jurnalının məlumatına görə, Karapetyanın təkcə, Moskvada 830 min kvadrat metr sahəsi olan ticarət obyektləri var. Ofisinin ümumi sahəsi isə 61 min kv.m-dir. Və bu əmlakların üzərində holdinqin 33 ticarət mərkəzləri fəaliyyət göstərir. “Taşir”in ən məşhur mağazalar zənciri isə “Rio”dur.

Ancaq ermənilər bununla da kifayətlənmək fikrində deyillər. Onlar deyirlər ki, qısa müddətdə boykot prosesini bütün Rusiyaya yayacaqlar və bununla bağlı artıq danışıqlar başlayıb. Azərbaycanlılara gəldikdə isə onlar hələlik susmağa üstünlük verirlər. Maksimum dərəcədə erməni təxribatlarından yayınmağa çalışırlar.

Sonda onu da qeyd edək ki, Moskvada Azərbaycanlı iş adamlarının da imkanları zəif deyil. “Fud Siti”dən başaqa, Rusiyanın paytaxtında həmvətənlərimizin digər iri ticarət mərkəzləri var. Məsələn, İliyev və Nisanovun ümumi sahəsi 38 hektar olan “Sadavod” bazarı və “Evropeyskiy” adlı ticarət mərkəzləri mövcuddur.
Digər milyarder Araz Ağalarovun da qonşu ölkədə böyük ticarət şəbəkəsi vardır. “Vegas” Ticarət Korporasiyasının tərkibində olan “Tvoy Dom” hipermarket şəbəkəsi və “Korkus Siti” Ticarət-Sərgi Kompleksi ən böyükləri sayılır.