Tribuna İnformasiya Agentliyi

Rusiyada dolların məzənnəsi 70 rublu keçib

10 Sentyabr

Bu gün Rusiyada ABŞ dollarının məzənnəsi 70 rublluq psixoloji həddi keçərək 70,16 rubla yüksəlib.

“Report” bu barədə Rusiya mətbuataına istinadən xəbər verir.

Məlumata görə, Amerika valyutası sonuncu dəfə bu qiymətə 2016-cı il martın 16-da dəyişdirilib.

Rusiyada Avronun məzənnəsi isə 80 rubbluq psixoloji həddi üstələyərək 80,64 rubl təşkil edib.

Bu arada qonşu ölkənin Moskva Banklararası Valyuta Birjası indeksi dünənin qapaşı ilə müqayisədə 0,4% artaraq 2 331,75 bəndə, RTS indeksi isə 0,04% irəliləyərək 1050,93 bəndə çatıb.