Tribuna İnformasiya Agentliyi

Rusiyada dəmir yolu üzərindən keçən avtomobil körpüsü uçub – VİDEO

09 Oktyabr

Rusiyanın Amur vilayətinin Svobodnı şəhərində dəmir yolları üzərindən keçən avtomobil körpüsünün bir hissəsi uçub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Amur vilayəti üzrə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

“Zabaykal Dəmir Yollarının Mixaylo-Çesnokovski küçəsindən keçən dəmir yolu xətti üzərindəki körpünün iki gözü uçub. İlkin məlumata görə, hadisə zamanı körpüdən yük maşını keçib, sürücüsü xəstəxanaya çatdırılıb”, — deyə məlumatda bildirilir.

Hadisə yerinə psixoloqlar, yanğınsöndürənlər və xilasedicilər, prokurorluq və polis əməkdaşları cəlb olunub.