Rusiyada bütün kafe və restoranlar bağlandı – Virusa yoluxanlar sürətlə artırbackend

Rusiyada bütün kafe və restoranlar bağlandı – Virusa yoluxanlar sürətlə artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya boyunca bütün restoran və kafelərin qapadılması göstərişi verilib. Hökumət koronovirusun yayılmasını mümkün qədər məhdudlaşdırmağa çalışır. “AzPolitika.info” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə göstəriş martın 27-də verilib. Rusiyada koronavirusa 196 yeni yoluxma halı aşkarlanaraq ümumi yoluxmaların sayı 1036-ya çatıb. Virusdan üçüncü ölüm halı təsdiqlənib.

Baş nazir Mixail Mişustin hökumətinin sərəncamında regional hakimiyyət orqanlarına tapşırılır ki, ictimai ərzaq xidməti təşkilatlarının fəaliyyəti dayandırılsın. Məhdudiyyətlər martın 28-dən qüvvəyə minir. Hökumət iyunadək bütün istirahət mərkəzlərini, sanatoriyaları da qapadır.

Prezident Vladimir Putin martın 28-dən aprelin 5-dək qeyri-iş həftəsi elan edib. Məqsədin xəstəliyin sürətli yayılması təhdidini önləmək olduğu bildirilir. Hökumət daha öncə bütün beynəlxalq uçuşları dayandırıb. Rusiyanın ən böyük şəhəri olan paytaxt Moskvada hakimiyyət orqanları əhalini evdən çıxmamağa çağırır, ictimai nəqliyyatı məhdudlaşdırırlar. Təsdiqlənmiş yoluxma hallarının çoxu Moskvadadır.