Rusiyada bu məhsullarda qıtlıq var – İxraca qadağa qoyuldubackend

Rusiyada bu məhsullarda qıtlıq var – İxraca qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş naziri Mixail Mişustin iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına müvəqqəti qadağa qoyulması barədə qərar imzalayıb.

TİA.AZ  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya hökumətinin mətbuat xidməti yayıb.

Bununla yanaşı, avqustun 31-nə qədər üçüncü ölkələrə ağ şəkər və qamış şəkəri xammalının ixrac edilməsinə qadağa qoyulub.

Rusiya Nazirlər Kabinetinin məlumatına görə, taxılın ixracına qoyulan qadağa buğda və meslin (buğda və çovdar qarışığı), çovdar, arpa və qarğıdalıya şamil edilir.

Qeyd olunur ki, bu məhsulların Rusiyadan başqa ölkəyə göndərilməsi yalnız humanitar yardım göstərilməsi, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində mümkün olacaq.

Nazirlər Kabineti bildirib ki, sözügedən qərar daxili ərzaq bazarını xarici məhdudiyyətlər şəraitində qorumaq üçün verilib.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Rusiyada mağazalarda şəkər qıtlığı yaşanmasına dair fotolar paylaşılıb. Fotolardan şəkər üçün ayrılan rəflərin tamamilə boş olduğunu görmək mümkün olub. Ukraynalı jurnalist Dmitri Qordon da öz rəsmi instaqram hesabında bununla bağlı fotolar paylaşıb.