Tribuna İnformasiya Agentliyi

Rusiyada bolşevik ənənələri bərpa olunur

04 Avqust

Bu həftə Rusiya prezident Vladimir Putin silahlı qüvvələrdə “hərbi-siyasi idarə”nin yenidən dirçəldilməsi ilə bağlı fərman imzalayıb. Putinin bu fərmanı 100 il öncə bolşeviklər tərəfindən yaradılan “Ümumrusiya hərbi komissarlarının bürosu”nu xatırladır.

Fransanın “Le Figaro” qəzetinin yazarı Emmanuel Qrinşpanın yazdığına görə, yeni idarənin hansı işlə məşğul olacağı, nə yöndə fəaliyyət göstərəcəyi hələ bəlli deyil.

Rusiyanın “Vedomosti” həftəlik qəzetinin xəbərinə əsasən Müdafiə Nazirliyi yeni orqanın “Şəxsi heyətlə iş üzrə baş idarə” əsasında yaradılacağını bildirib.

İdarənin həmçinin 2016-cı ildə Müdafiə Nazirliyi tərəfindən “8-18 yaş arası gənclərin hərbi-vətənpərvər ruhunda tərbiyə olunması üçün” yaradılan “Yunarmiya” adlı hərəkatı kurasiya edəcəyi söylənilir. Nazirliyin məlumatlarına görə, təşkilatın 230 min gənc üzvü var.

Картинки по запросу Yunarmiya

Bir də o məlum olub ki, Suriya və Donbasdakı döyüşlər, Ukrayna səmasında MH17 təyyarəsinin vurulması ilə bağlı yalan məlumatların yayılması ilə “şöhrət” qazanmış Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti də yeni idarənin ixtiyarına verilib.

Jurnalist Emmanuel Qrinşpan qurumun rəisinin adını da açıqlayıb. Bu 54 yaşlı general-polkovnik Andrey Kartapolovdur.

Andrey Kartapolov 2016-cı ildən bu yana Rusiyanın Suriyadakı ordu qruplaşmasına komandanlıq edir. Bundan öncə o, Müdafiə Naziriliyində ən mühüm orqanlardan sayılan baş operativ idarənin rəisi olub. Bu həftənin 1-ci günü Putin tərəfindən qəfildən müdafiə nazirinin müavini də təyin oluan Kartapolov indiyə qədər siyasi xarakterli işə rəhbərik etməyib.

Картинки по запросу генерал андрей картаполов putin

“Bu əsl sovet dövrünün ənənələrini bərpa etməkdir. Bu gün bizdə qanunvericilk qaydasında dövlət ideologiyasının nə olduğu müəyyənləşdirilməyib. Ona görə də bu idarənin konkret olaraq hansı səlahiyyətlərə malik olduğunu da bilmirik. Üstəlik, həmin vəzifə üçün nəzərdə tutulan adamın nə edəcəyi barədə təsəvvürüzmüz də yoxdur. Bu ya hansısa məxfiliyin qorunmasıdır, ya da aparat müharibələrinin bir əlaməti..”, – hərbi jurnalist Aleksandr Qolts məqalə müəllifinə söyləyib.

“Əgər bu gün ordusuz general sayılan Andrey Kartapolov sovet dövründə olduqca qüdrətli olan hərbi-siyasi idarənin səlahiyylətlərini tam əlinə keçirsə və tətbiq etsə, bu zaman o, rejimin ən ağır fiqurlarından birinə çevriləcək”, – Qrinşpan belə bir nəticəyə gəlib.

Musavat.com