Tribuna İnformasiya Agentliyi

Rusiyada bir sutkada 19 min hektar meşə yanıb

26 İyun

Rusiyanın Uzaq Şərq regionunda meşə yanğınları son sutka ərzində 19 minə yaxın hektar meşə sahəsini məhv edib.

TİA.AZ-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, indiyədək bölgədə 18,6 min hektardan çox sahəni əhatə edən 51 yanğın ocağı qeydə alınıb.

 

Hazırda Yakutiyada 38, Maqadan vilayətində 8, Çukotkada – 4, Kamçatkada isə 1 meşə yanğını davam edir.

 

Yakutiyanın iki rayonunda fövqəladə vəziyyət rejimi, daha 12-də yanğına qarşı xüsusi rejim tətbiq edilib.