Rusiyada bir adam gün ərzində yalnız 10 kq ərzaq ala bilər – VİDEObackend

Rusiyada bir adam gün ərzində yalnız 10 kq ərzaq ala bilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya müdaxilə etməsi səbəbindən qərb ölkələrinin bu ölkəyə sanksiya tətbiq etməsi artıq öz nəticəsini verir. Rusiyada xüsusən də paytaxt Moskvada bir sıra ərzaq məhsullarının qiyməti bahalaşıb. Brend mağazalar və tanınmış fəst fud şəbəkələrindən biri isə fəaliyyətini dayandırıb. Moskvada yaşayan jurnalist Vüsalə Nürəddinqızı ordakı son vəziyyətlə bağlı ”Xəzər Xəbər”ə danışıb.

Qiymətlər bahalaşır, tanınmış ictimai iaşə obyektləri və brend mağazalar isə bağlanır. Bu ölkədə bir vətəndaş gün ərzində marketlərdən yalnız 10 kiloqram ərzaq ala bilər.

Rusiyanın Ukraynaya müdaxiləsi və qərb ölkələrinin Rusiyaya sanksiyalar tətbiq etməsi bu ölkədə artıq bir sıra problemlərin yaranmasına səbəb olub. Rusiyada yaşayan Azərbaycanlı jurnalist Vüsalə Nürəddinqızı ”Xəzər Xəbər”ə paytaxt Moskvada son vəziyyətlə bağlı məlumat verib.Onun sözlərinə görə, böyük super marketlər ərzaq satışı ilə bağlı vətəndaşlara limit tətbiq ediblər.

Vüsalə Nürədinqızı deyir ki, sərinləşdirici və energetik içkilərin, süni uşaq qidalarının qiyməti 2-3 dəfə bahalaşıb. Bundan başqa, dünyanın ən böyük fast fud şəbəkələrindən biri Rusiyada öz fəaliyyətini dayandırıb.

Paytaxt Moskvada bankların və bankomatların qarşısında bəzən kilometrlərlə uzunluqda növbələr yaranır.Vətəndaşlar hesablarındakı pulları nağdlaşdıraraq çıxarmağa can atdıqlarından banklarda nağd pul qıtlığı da yaranıb. Bir çox banklar hesablardan çıxarılan pulun məbləğinə 15 min rublluq limit qoyub.

Xatırladaq ki, Rusiyanın bir sıra böyük banklarına sanksiyalar tətbiq olunub, onlara valyuta əməliyyatları yasaqlanıb. Rusiya Mərkəzi Bankının xaricdəki avuarları və hesabları dondurulub.