Rusiyada bəzi media qurumlarının fəaliyyəti məhdudlaşdırılıbbackend

Rusiyada bəzi media qurumlarının fəaliyyəti məhdudlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Exo Moskvı” radiostansiyasının yayımı dayandırılıb. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə radiostansiyanın baş redaktoru Aleksey Venediktov məlumat verib. Aparıcı Maksim Kurnikovun sözlərinə görə, radio Moskva vaxtı ilə saat 21:00-da efirdən çıxarılıb.

Bundan bir qədər əvvəl Baş Prokurorluq “Exo Moskvı” və “Dojd” telekanalının saytların bağlanması və bloklananağı ilə bağlı xəbərdarlıq edib. Bundan sonra hər iki medianın saytlarına daxil olmaq mümkün olmayıb.

Baş Prokurorluq hər iki media orqanının Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı yalan məlumat yaydığını açıqlayb.

Venediktov radiostansiyanın efirin bloklanmasına məhkəmədə etiraz edəcəyini bildirib.