Rusiyada bankların vətəndaşlara nağd valyuta satması yasaqlanırbackend

Rusiyada bankların vətəndaşlara nağd valyuta satması yasaqlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın mərkəzi bankı nağd valyuta ilə bağlı yeni qaydalar açıqlayıb. Bankların vətəndaşlara nağd valyuta satması qadağan edilir, valyuta hesablarından 10 min dollardan artıq çıxarmağa icazə verilmir. Qalan vəsaiti rublun gündəlik kursuna əsasən götürmək olar. Bu qaydalar Rusiyanın Ukraynaya hücumuna görə qərbin sanksiyaları fonunda qüvvəyə minir.

TİA.AZ  xəbər verir ki, Rusiya Bankı qaydaları müvəqqəti adlandırır, martın 9-dan sentyabrın 9-dək qüvvədə olacağı bildirilir.

Mərkəzi bank bildirir ki, müştərilərin valyuta hesablarındakı vəsaitlər qorunur, amma onlara çıxış üçün 10 min dollarlıq məhdudiyyət qoyulub. Müştərinin əmanəti başqa valyutadadırsa, ona yenə də dollarla ödəniş ediləcək.

“Müvəqqəti rejimin qüvvədə olduğu müddətdə vətəndaşlara nağd valyuta satılmayacaq”, – məlumatda deyilir.

İstənilən məbləğdə nağd valyutanı rubla dəyişmək mümkün olacaq.

Dünən – martın 8-də ABŞ Rusiyaya yeni sanksiyalar açıqlayıb, neft idxalını qadağan edib. Elə həmin gün bir sıra böyük korporasiyalar Rusiyada fəaliyyəti dayandırdıqlarını açıqlayıblar.