Tribuna İnformasiya Agentliyi

Rusiyada Azərbaycan dilində məktəb açıla bilər

28 Noyabr

Rusiyada Azərbaycan dilində məktəblərin açılması valideynlərdən asılıdır. Əgər valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər. 

Rusiyada Azərbaycan dilində məktəblərin açılması valideynlərdən asılıdır. Əgər valideynlər təşəbbüs göstərsələr, Rusiyada Azərbaycan dilində məktəblər açıla bilər.

TİA.AZ xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Təhsil və Elm naziri Olqa Vasilyeva noyabrın 28-də Bakıda “Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunmuş brifinqdə deyib.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, iki ölkə arasında təhsil sahəsində münasibətlər dinamik inkişaf edir. O deyib:

“Rusiyanın iki universitetinin Azərbaycanda filialının və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının açılması münasibətlərimizin inkişafının göstəricisidir”.