Tribuna İnformasiya Agentliyi

Rusiyada aksiya yasağı rəsmiləşdi

28 Dekabr

Rusiya prezidenti Vladimir Putin uşaqların icazəsiz aksiyalara cəlb olunmasına görə məsuliyyət müəyyənləşdirən qanunu imzalayıb. Novator az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsində yeniliyə əsasən, uşaqları icazəsiz aksiyalara cəlb edənləri 30 min rubldan 50 min rubla qədər cərimə, 100 saatlıq icbari iş və ya 15 sutkalıq inzibati həbs gözləyir.

Qanunda uşaqları icazəsiz aksiyalara cəlb edən vəzifəli şəxslərə 50 min rubldan 100 min rubla qədər, hüquqi şəxslərə 250 min rubldan 500 min rubla qədər cərimə nəzərdə tutulub.

Təkrar pozuntu vətəndaşlara 150 min rubldan 300 min rubla qədər cərimə, 40 saatdan 200 saata qədər icbari iş və ya 30 sutkalıq inzibati həbs cəzasına başa gələcək.

Vəzifəli şəxslər bu halda 200 min rubldan 600 min rubla qədər, hüquqi şəxslər 500 min rubldan 1 milyon rubla qədər cərimə ödəməli olacaq.

1 rubl 0,0245 manatdır.