Tribuna İnformasiya Agentliyi

Rusiyada aeroporta həmyerlimizin adı verilə bilər

29 Noyabr

Görkəmli Azərbaycan neftçisi, Qərbi Sibirdə neft yataqlarını kəşf etmiş Fərman Salmanov Rusiyanın iki şəhərində hava limanlarının adının seçilməsi üzrə sorğuda liderlik edir.

Trend-in məlumatına görə, onun adının Xantı-Mansiysk muxtar dairəsinin Surqut və Nijnevartovsk şəhər aeroportlarına verilməsi təklif edilib.

 Nijnevartovskda F.Salmanov 17 mindən çox (52 faiz), Surqutda 34 mindən çox (62) səslə liderlik edir. Səsvermə noyabrın 30-dək davam edəcək.

Əgər F.Salmanovun adı hər iki şəhərdə qalib gəlsə, ən çox səs yığmış aeroporta onun adı veriləcək. Digər şəhərdə qalibin müəyyən olunması üçün ikinci tur keçiriləcək.