Tribuna İnformasiya Agentliyi

Rusiyada ən az içənlər qafqazlılardır

26 Noyabr

Rusiyada spirtli içkilərin ən çox və ən az içildiyi regionların siyahısı tərtib olunub.

Siyahını “Ayıq Rusiya” federal layihəsi və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti hazırlayıb.

Novator.az-ın məlumatına görə, siyahı hazırlanarkən 6 meyar əsas götürülüb: alkoqoldan zəhərlənib ölənlərin sayı; alkoqolizm diaqnozu ilə qeydiyyata düşən xəstələrin sayı; sərxoş vəziyyətdə törədilən cinayətlərin sayı; spirtli içkilərin regionlar üzrə satış həcmi; alkoqola qarşı qanunvericiliyin nə dərəcədə işlək olması; spirtli içkilərin istehsalı sahəsində qanun pozuntularının miqyası.

Siyahıda spirtli içkilərin qəbulu səviyyəsi regionlar üzrə ballarla göstərilib. Yuxarı bal spirtli içkinin çox, aşağı bal az içildiyini göstərir.

Reytinq cədvəlinə görə, spirtli içkilərin ən çox içildiyi bölgələr Çukot Muxtar Mahalı (48,14 bal), Maqadan vilayəti (46,98 bal), Nenetsk Muxtar Mahalı (46,85 bal), Saxalin vilayəti (45,88 bal) və Komi Respublikasıdır (45,46 bal).

Ən az içən regionlar Qafqaz respublikalarıdır: Çeçenistan (12,78 bal), İnquşetiya (12,82 bal), Dağıstan (14,18 bal), Qaraçay-Çərkəz (20,02 bal) və Kabarda-Balkar (20,7 bal).