Rusiya yenə “Facebook” və “Telegram”ı cərimələdibackend

Rusiya yenə “Facebook” və “Telegram”ı cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Moskvanın Taqanski Bölgəsinin Məhkəməsi “Facebook” və “Telegram”a müvafiq olaraq 6 milyon rubl (138000 azn) və 11 milyon rubl (253000 azn) cərimə kəsib.
TİA.AZ xəbər verir ki, Taqanski məhkəməsinin mətbuat katibi Zülfiyyə Qurinçukun dediyinə görə, şirkət nümayəndələri məhkəməyə gəlməyiblər və işə onlarsız baxılıb.
İlin əvvəlindən bu yana Rusiyada “Facebook” ümumilikdə 49 milyon rubl (1,127,000 azn), “Telegram” isə 26 milyon rubl (598000 azn) cərimələnib. Bu sosial şəbəkələr Rusiya Qanununda nəzərdə tutulmuş məlumatların silinməsindən imtina etdiklərinə görə cərimələniblər.