Rusiya Yanukoviçi “prezident” etmək istəyirbackend

Rusiya Yanukoviçi “prezident” etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya dövlətə xəyanətdə təqsirli bilinən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi hakimiyyətə gətirmək  istəyir. 

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Bildirilir ki, Rusiya onu “Ukrayna prezidenti” elan etməyə çalışacaqlar.

“Alınan məlumata görə, keçmiş prezident Yanukoviçin Ukraynaya qaytarılması və ya onun adından Ukrayna xalqına müraciətin dərc edilməsi üçün yaxın vaxtlarda hər hansı informasiya əməliyyatı və ya hərəkətə hazırlığının mümkünlüyünü göstərir”, – deyə bildirilib.

Qeyd edək ki, Yanukoviç vətənə xəyanətə görə 13 il müddətinə azadlıqdan məhrum edilib.